YENİLİK: Gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketləri satılacaq

media-ads_728_90

Azərbaycanda 2030-cu ilədək turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması nəzərdə tutulur.

“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Bununla bağlı məsələlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

İlkin olaraq bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması həyata keçiriləcək.

media-ads_728_90
Paylaş