"YouTube" son 3 ayda Azərbaycandakı bazar payının 72 %-ni itirib

media-ads_728_90

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 42,7 % (ötən ay 34,01 %, 1 il əvvəl 25,49 % olub) təşkil edib.

“TV1” xəbər verir ki, “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 8,69 faiz, bir il əvvəlki göstərici ilə müqayisədə 17,21 faiz çoxdur.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 0,97 faiz, illik isə 13,04 faiz azalaraq 30,76 % (31,73 % və 43,8 %) təşkil edib.

Növbəti yerdəki “YouTube”un bazar payı ay ərzində 5,04 faiz azalaraq, il ərzində isə 2,20 faiz artaraq 10,27 % (15,31 % və 8,07 %) olub. Beləliklə, onun bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (ümumi azalma 72 % təşkil edir).

Dördüncü pillədəki “X”in bazar payı aylıq 0,10 faiz bəndi, illik müqayisədə isə 1,30 faiz bəndi artaraq 7,2 % (7,1 % və 5,9 %) təşkil edib.

İlk beşliyi 6,15 %-lik (7,06 % və 12,43 %) bazar payı ilə “Pinterest” tamamlayır. Sosial şəbəkənin bazar payı aylıq 0,91 faiz, illik müqayisədə isə 6,28 faiz azalıb.

media-ads_728_90
Paylaş