media-1200x100

Zəlzələ ilə bağlı Biləsuvarda qatarların sürəti qismən aşağı salınıb

media-ads_728_90

Sentyabrın 5-də səhər saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb.

“TV1” xəbər verir ki,  ADY-dən bildirilib ki, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.

media-ads_728_90
Paylaş