Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında sülhə töhfə verəcək - Abdulkadir Uraloğlu

media-ads_728_90

“Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələri gücləndirəcək və sülhə töhfə verəcək”.

“TV1” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə mövcud xətlərin modernizasiya prosesinə davam edir:

“Türkiyə dəmiryollarına 64 milyardlıq investisiya yatırıb. 2025-ci ildə dəmiryoluna 3 min kilometrlik yeni xətt əlavə edilib. Dəmiryolu xəttimizin bütövlükdə uzunluğu 14 min kilometrə çatdırılıb”.

media-ads_728_90
Paylaş