Zorakılığa məruz qalmış 14 yaşlı yeniyetmə səhiyyə müəssisəsinə yerləşdirildi
Qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.
“TV1” xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.
Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, Agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.
Qeyd edək ki, Sabunçu rayon ərazisində yaşayan, hər iki valideynini itirmiş 14 yaşlı yeniyetmə xalası tərəfindən qəyyumluğa götürülmüşdü.