1 300-ə yaxın tələbəyə təhsil krediti verilib
2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, tələbə krediti üçün ümumilikdə 2 594 nəfər müraciət edilib.
Onlardan 1 298 nəfərə kredit verilib. 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.
Məlumata görə, müraciətlərin 520-si natamam olub, 150 müraciətə isə imtina verilib.