10 min şagirdin yerdəyişməsi tamamlanıb

media-ads_728_90

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu günə qədər 14000 müraciət portala daxil edilib, 10000 şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Qeyd edək ki, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart tarixindən etibarən dayandırılıb və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

media-ads_728_90
Paylaş