10 yeni stansiyanın yeri dəqiqləşdirilir - RƏSMİ
“10 yeni stansiyanın yeri dəqiqləşdirilir”.
“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
O bildirib ki, bununla bağlı ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq:
“Yeri gəlmişkən bu 10 stansiya arasında olan “Ağşəhər” və NZS qəsəbəsində tikiləcək stansiyalar xətlərin ayrılmasını tamamlamaq və intervalı azaltmaq üçün çox vacibdir. Bənövşəyi xətdə isə 6 yeni stansiya inşa ediləcək. Nəticədə bu xətdə də intervallar azaldılacaq. “Nizami” və “Sahil” stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə sərnişindaşımada metronun gücü 88 milyon nəfər artırılacaq”.