100 minə yaxın uşağın I sinfə qəbul prosesi ilə balı AÇIQLAMA

media-ads_728_90

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur.

“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu gündən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib:

“Hazırda sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür”.

media-ads_728_90
Paylaş