1000 əkiz, 42 üçəm doğulub

media-ads_728_90

Yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 31 min 462 doğulan körpə qeydə alınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 10-dan 9.4-ə düşüb.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.4, qız uşaqlarının xüsusi çəkisi isə 46.6 faiz olub.

Körpələrdən 1000-i əkiz, 42-si isə üçəm doğulub.

Bu ilin ilk dörd ayında ölkədə 20 min 535 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 6.2-dən 6.1-ə qədər azalıb.

media-ads_728_90
Paylaş