11-ci mərtəbədən yıxılan yeniyetmə ölüb
Ötən gün Sumqayıt şəhərində yeniyetmə hündürlükdən yıxılıb.
“TV1” xəbər verir ki, 2009-cu il təvəllüdlü Şərifov Cəsur Rəvan oğlu şəhərin 40-cı məhəlləsində yaşadığı binanın 11-ci mərtəbəsindən yerə yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. /qafqazinfo/