143 saylı orta məktəbin müəllimlərə təbrik mesajı - FOTO/VİDEO
Binəqədi rayonu 143 saylı orta məktəbin kollektivi bu gün – 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə bağlı müəllimlərimizi özəl görüntülərlə təbrik edib.
“TV1” xəbər verir ki, məktəbin direktoru Rübabə Abdullayevanın təşəbbüsü ilə bu günlə bağlı xüsusi təbrik – videoçarx hazırlanıb.
Videoçarx ixtisas fənn üzrə pilot layihədə ən yüksək nəticə göstərmiş həmin təhsil ocağının foto-videoqraf müəllimi Ceyhun Cəmilov tərəfindən ərsəyə gətirilib.
“Mənim müəllimim uğurumun memarıdır” sözlərinin yer aldığı görüntülərdə məktəb rəhbərliyinin, müəllim heyətinin, eləcə də şagirdlərin bu günlə bağlı təbrikləri, arzuları, xoş sözləri səsləndirilir.
Daha ətraflı videosüjetdə: