17 kənddə qaz olmayacaq

media-ads_728_90

Sabirabad rayonunun 17 kəndində sabah qaz təchizatı dayandırılacaq.

“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.

Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

media-ads_728_90
Paylaş