17 min bağça müəllimi sertifikasiyaya cəlb ediləcək
“İlk dəfə məktəbəqədər təhsil müəssisələrində 13 000 nəfər üçün diaqnostik qiymətləndirilmə keçirilib. Mərkəzləşmiş işə qəbulla təyin olunan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir”.
“TV1” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətə dair keçirilən “Hesabat Brifinqi” zamanı deyib.
O qeyd edib ki, 2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub.