ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
“ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib”.
“TV1” xəbər verir ki, apa.az-ın “Middle East Eye”a istinadən yaydığı məlumata görə, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.
“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, – deyə diplomat vurğulayıb.
Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu vurğulayıb.