29 italiyalı Azərbaycan vasitəsilə İranı tərk edib

media-ads_728_90

İrandan 29 İtaliya vətəndaşı Azərbaycana təxliyə edilib.

“TV1” xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirinin müavini Antonio Tayani “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“29 həmvətənimiz Azərbaycan vasitəsilə İranı tərk edib. Görülən müstəsna işlərə görə Tehran və Bakıdakı səfirliklərimizə təşəkkür edirəm. Bölgədəki italyanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk”, – deyə nazir qeyd edib.

media-ads_728_90
Paylaş