media-1200x100

29 minə yaxın şəxsə əlillik təyin olunub

media-ads_728_90

Bu ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 28,9 min şəxsə əlillik təyin edib.

“TV1” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, onlardan 14,4 mininə ilkin, 14,5 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

media-ads_728_90
Paylaş