37 kənd qazsız qalacaq

media-ads_728_90

İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq.

“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, qaz təchizatının dayandırılmasına səbəb Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvidir.

Bununla bağlı iyunun 23-də saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 37 kənd üzrə 17 000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

media-ads_728_90
Paylaş