4-cü kurs tələbəsi vəfat etdi
Milli Aviasiya Akademiyasının tələbəsi vəfat edib.
“TV1” xəbər verir ki, akademiyanın 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-u dünyasını dəyişib.
Gəncə şəhər sakini olan Q.Alıyevin meyiti oktyabrın 18-i saat 17 radələrində kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib. Onun hansı səbəbdən həyatını itirməsi qeyd edilməyib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.