4000 şagirdin yerdəyişməsi baş tutub
Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib.
“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd olunub ki, fevralın 25-dən başlanılan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Həmin müddətdən bu yana 9 mindən çox müraciət portala daxil edilib, 4 minə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.