Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəlib
Böyük Britaniyanın yeni təyin olunmuş səfiri Duncan Norman Azərbaycana gəlib.
“TV1” xəbər verir ki, bu barədə diplomat “X” hesabında bildirib.
O, Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlməyin tamamilə fərqli bir hiss olduğunu bildirib.
Diplomat Azərbaycanın mədəniyyətini və qonaqpərvərliyini hiss etdiyini qeyd edib.
“Ölkələrimizi artıq 30 ildən çox davam edən möhkəm dostluq və qarşılıqlı etimad bağları birləşdirir. İkitərəfli münasibətlərimizi Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltdiyimiz dövrdə, bu vəzifəyə başlamaqdan qürur və şərəf duyuram”, – Duncan Norman vurğulayıb.
Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlmək çox qürurverici bir hissdir.
Sizlərlə tanış olub, birlikdə çalışmağı səbirsizliklə gözləyirəm 🇬🇧🤝🇦🇿 pic.twitter.com/uDTZF54xjV
— Duncan Norman (@DNormanFCDO) May 26, 2026








