4228 müəllim sertifikasiya imtahanında iştirak edib
Bu gün coğrafiya və ibtidai sinif müəllimləri üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçirilib.
“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, imtahanda 4228 müəllim iştirak edib.