462 nəfər imtahana gəlməyib, 3 nəfər xaric olunub - DİM

media-ads_728_90

Orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən 7 nəfər maksimal olan 300 bal toplayıb.

“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilir.

Qeyd olunur ki, ingilis dilində tədris alan 1 nəfər 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Məlumata görə, bu imtahanda iştirakı nəzərdə tutulan 52687 nəfərdən 462 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfər imtahandan xaric olunub.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 12 may saat 10:00-dan 14 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

media-ads_728_90
Paylaş