DSMF-nin xərcləri 9 ay ərzində 13 faiz artıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla, bu ilin 9 ayında proqnozu 3 faiz və ya 158 milyon manat üstələyərək 5 milyard 111 milyon manat təşkil edib.
DSMF-dən “TV1”-ə verilən məlumata görə məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnozu 3 faiz və ya 140 milyon manat üstələyərək 4 milyard 153 milyon manat təşkil edib.
DSMF-nin yanvar-sentyabr aylarındakı xərcləri 5 milyard 147 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövründən 13 faiz və ya 612 milyon manat çoxdur.