Kolleclərdə boş qalan yerlərə ixtisas seçiminin vaxtı açıqlandı
Kolleclərdə boş qalan yerlərə ixtisas seçiminin vaxtı məlum olub.
“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2024-cü il avqustun 30-dən sentyabrın 3-dək aparılacaq.