9 qat dünya çempionu Araz Musayev Türkiyədə bıçaqlanıb

media-ads_728_90

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

“TV1” “Unikal”a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.

Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

A.Musayev Antalyada Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətini həkimlər ağır qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

https://ok.ru/video/9069559024227

media-ads_728_90
Paylaş