900 minədək pensiya, müavinət və təqaüd təyin edilib

media-ads_728_90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

“TV1” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

“Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib”,- deyə məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş