Akademik Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub - FOTO 

media-ads_728_90

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub.

“TV1” xəbər verir ki, medalı Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin təqdim edib.

İclasda çıxış edən Sergey Aldoşin AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub, müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib.

O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Akademik Abel Məhərrəmov göstərilən diqqətə və təltifə görə, öz minnətdarlığını bildirib. O, Azərbaycan və Rusiyanı qədim dostluq əlaqələri və qarşılıqlı hörmət dəyərlərinin bağladığını deyib. Akademik Azərbaycan və Rusiya liderlərinin yürütdüyü müdrik siyasət nticəsində iki ölkə arasında əlaqələrin gündən-günə daha da inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb.

 

 

 

media-ads_728_90
Paylaş