ABŞ Azərbaycana "İbrahim Sazişləri"nə qoşulmağı təklif edəcək - Stiv Uitkoff

media-ads_728_90

“Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır”.

“TV1” xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə müsahibəsində bildirib.

O deyib ki, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər.

“Tezliklə Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik. Bu Liviya ilə də baş verə bilər. Mən ölkələrin “İbrahim Sazişləri”nə qoşulmasından danışıram, bu Azərbaycan və Ermənistanla da baş verə bilər”, – deyə o qeyd edib.

S.Uitkoff vurğulayıb ki, Azərbaycan və Ermənistan münaqişənin nizamlanmasına yaxındırlar.

media-ads_728_90
Paylaş