ABŞ-da bir gündə gecikən aviareyslərin sayı 10 mini KEÇDİ
Hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən aviadispetçer çatışmazlığı fonunda 9 noyabrda ABŞ-da 2 700-dən çox aviareys ləğv edilib, 10 000-dən çoxu isə gecikib.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, 9 noyabrda baş verən ləğv və gecikmələrin sayı şatdaun başladıqdan bəri rekord səviyyəyə çatıb. Ən çox zərər çəkən aviaşirkət “Delta Air Lines” olub – onun uçuşlarının 52 %-i ya ləğv edilib, ya da gecikmə ilə həyata keçirilib.
Bundan əvvəl 2 183 reysin ləğv edildiyi və 7 000 reysin gecikdiyi bildirilmişdi.








