ABŞ-da hərbi bazaya kimyəvi hücum olub - Zəhərlənənlər var
ABŞ-ın Merilend ştatında hərbi bazaya kimyəvi hücum olub.
“TV1” xarici KİV-ə istinadən xəbər verir ki, hərbi bazaya göndərilən şübhəli bağlama açılıb və yayılan toz nəticəsində kütləvi zəhərlənmə baş verib.
Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib.
Paketin açıldığı bina təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.








