ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin SAYI

media-ads_728_90

“Amerika Birləşmiş Ştatları (ABŞ) tələbələr üçün qlobal miqyasda ən cəlbedici təhsil mərkəzlərinin yerləşdiyi ölkələrdən biri olaraq qalır. Məlumatlar Azərbaycandan olan tələbələrin də ABŞ universitetlərinə artan marağını əks etdirir. 2023-2024-cü tədris ilində ABŞ-da universitet səviyyəsində 1,1 milyondan çox əcnəbi tələbə təhsil alıb. Onların 1100-dən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir. Son dörd il ərzində bu artım tendensiyası davamlı xarakter daşıyır”.

“TV1” xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Guevara jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu göstəricilər ABŞ-Azərbaycan təhsil əlaqələrinin möhkəmləndiyini və qarşılıqlı marağın artdığını göstərir.

“Son onilliklər ərzində ABŞ-da 8 mindən çox azərbaycanlı tələbə təhsil alaraq müxtəlif ixtisaslar üzrə dərəcələr əldə edib. Onlar qazandıqları bilik və təcrübə ilə Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə veriblər. Azərbaycanlı tələbələrin ABŞ-da əldə etdikləri təhsil təcrübəsi onların fərdi inkişafına və ölkələrinin gələcəyində aktiv rol almalarına zəmin yaradır. Bu, bizim üçün xüsusilə qürurverici və strateji əhəmiyyət kəsb edən bir göstəricidir”, – deyə o vurğulayıb.

media-ads_728_90
Paylaş