ABŞ-da təyyarə qəzası - Ölənlər var
ABŞ-ın Ohayo ştatında “Cessna 441” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla altı nəfər həlak olub.
“TV1” xəbər verir ki, bu barədə “Fox 8” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan yeddi dəqiqə sonra qəzaya uğrayıb.
Telekanalın məlumatına görə, qəzanın səbəbləri aydın deyil. Hadisə Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) və ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən araşdırılır.