Demokratlar prezidentliyə namizədini AÇIQLAYACAQ
ABŞ Demokratlar Partiyasının Milli Komitəsi avqustun 7-dək prezidentliyə namizədini açıqlayacaq.
“TV1” xəbər verir ki, Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Demokratlar Partiyasının prezidentliyə namizədi elektron səsvermə yolu ilə müəyyən ediləcək. Seçiləcək namizəd bir ştatdan 50 səsdən çox olmamaq şərtilə ən azı 300 nümayəndənin səsini əldə etməlidir.
Xatırladaq ki, iyulun 21-də ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.