ABŞ-ın BƏƏ-dəki səfirliyi təxliyə edildi

media-ads_728_90

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi boşaldılıb.

“TV1” xəbər verir ki, bu barədə İranın “MehrNews” agentliyi məlumat yayıb.

Məlumata görə, raket və pilotsuz uçuş aparatı hücumları təhlükəsinə görə bu diplomatik nümayəndəliyin bütün heyəti təxliyə edilib.

Bu addımın səfirlik binasının raket hücumuna məruz qalmasından sonra atıldığı bildirilir.

Xatırladaq ki, son günlərdə ABŞ-ın Küveyt və Bəhreyndəki səfirlikləri bağlanıb, İordaniyadakı səfirliyi isə təxliyə edilib.

media-ads_728_90
Paylaş