ABŞ-ın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanda ABŞ-a məxsus bioloji laboratoriyaların yerləşdirilməsinə etiraz əlaməti olaraq bu ölkənin İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib.
“TV1” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, aksiyada “Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına yox” və “ABŞ-ın ölümcül bioloji laboratoriyalarına yox” şüarları səsləndirilib.
Aksiyada həmçinin Vaşinqtondan Ermənistandakı 13 bioloji laboratoriyanı bağlamaq tələb olunub.