ABŞ İranın nüvə proqramını itki vermədən məhv edib - Vens
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, ABŞ İranın nüvə proqramını amerikalılar tərəfindən heç bir itki olmadan məhv edib.
“TV1” xəbər verir ki, bu barədə “İnterfaks” “NBC News”a istinadən bildirib.
“Düşünürəm ki, prezident bunun uzunmüddətli münaqişəyə çevrilə biləcəyindən narahat olan amerikalılar üçün bu məsələni çox tez həll etdi. Biz təkcə İranın nüvə proqramını məhv etmədik, bunu həm də amerikalılar tərəfindən itki olmadan etdik”, – deyə Vens qeyd edib.
O deyib ki, bu, güclü liderlik və Tramp doktrinasına riayət edilməsi sayəsində mümkün olub.
“Tramp doktrinası kifayət qədər sadədir. Birincisi, siz ABŞ-nin marağını aydın şəkildə ifadə edirsiniz. İkincisi, bu problemi aqressiv-diplomatik yolla həll etməyə çalışırsınız. Üçüncüsü, problemi diplomatik yolla həll edə bilmədikdə bunun üçün böyük hərbi gücdən istifadə edirsiniz, sonra isə münaqişə uzunmüddətli münaqişəyə çevrilənə qədər çıxıb gedirsiniz”, – deyə vitse-prezident izah edib.