ABŞ İranın raket buraxılış məntəqələrinə və qayıqlarına zərbələr endirib

media-ads_728_90

ABŞ qüvvələri İranın cənubunda bir neçə hədəfə zərbə endirib.

“TV1” xəbər verir ki, bu barədə “Fox News” kanalı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ ordusu bu gün İran qüvvələrinin yaratdığı təhdidlərdən qüvvələrimizi qorumaq üçün ölkənin cənubunda özünümüdafiə hücumları həyata keçirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi.

Qeyd olunub ki, ABŞ ordusunun hücumuna məruz qalan qayıqlar mina yerləşdirməyə cəhd göstərib.

media-ads_728_90
Paylaş