ABŞ prezidenti Donald Tramp Kaliforniyaya 2000 Milli Qvardiya əsgəri göndərib

media-ads_728_90

Los-Ancelesdə əsasən latın Amerikasından olan mühacirlərin yaşadıqları məhəllənin sakinləri ilə İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin federal agentləri arasında toqquşmalar baş verib. Güc strukturlarının əməkdaşları Paramount bölgəsindəki izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

“TV1” xəbər verir ki, Donald Tramp Milli Qvardiyanı müəyyən məqsədlər üçün, o cümlədən iğtişaşların yatırılması üçün yerləşdirmək səlahiyyətindən istifadə edərək şəhərə 2000 əsgər göndərdiyini açıqlayıb. Kaliforniyanın qubernatoru Gavin Nyusom ştata Milli Qvardiya göndərmək qərarının qəsdən təxribat olduğunu və yalnız gərginliyi artıracağını deyib. Donald Tramp “Truth Social”-da paylaşımında bildirib ki, əgər qubernator və mer öz vəzifələrini yerinə yetirə bilmirsə, federal hökumət müdaxilə edərək problemi həll edəcək və edir. Donald Tramp “səriştəsiz” Kaliforniya qubernatoru Gavin Nyusom və Los-Anceles meri Karen Bassanın vəzifələrini yerinə yetirmədiyini vurğulayıb və onları Kaliforniyada meşə yanğınları zamanı da ləng davranmaqda ittiham edib. ABŞ Prezidenti Donald Tramp Loc-Ancelesdə 3 gün davam edən zorakılıq, qarşıdurma və iğtişaşlardan sonra prosesə müdaxilə edən Milli Qvardiyanın vəzifəsini əla yerinə yetirdiyini bəyan edib. Etirazlar zamanı iki polis məmuru yaralanıb, 56 nəfər həbs edilib.
Titr: ABŞ Prezidenti Tramp Los-Ancelesdə iğtişaşların qarşısını almaq yönündə fəaliyyətinə görə Milli Qvardiyaya təşəkkür edib

media-ads_728_90
Paylaş