ABŞ Qrenlandiyaya qarşı hərbi güc tətbiq edəcəkmi? - AÇIQLAMA

media-ads_728_90

“Amerika administrasiyası Qrenlandiyanın müstəqillik qazanmasına və sülh yolu ilə Birləşmiş Ştatlara qoşulmasına ümid edir. Vaşinqton bu halda hərbi güc tətbiq etməklə hədələmir”.

“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens açıqlama verib.

“Biz inanırıq ki, aşağıdakılar baş verəcək: Qrenlandiya sakinləri öz müqəddəratını təyinetmə yolu ilə Danimarkadan müstəqil olmağa qərar verirlər. Bundan sonra biz Qrenlandiya xalqı ilə danışıqlar aparacağıq. Biz düşünürük ki, bu halda heç vaxt hərbi gücə ehtiyac olmayacaq. Tramp tamamilə inanır ki, Qrenlandiya təkcə ABŞ üçün deyil, eyni zamanda dünya üçün təhlükəsizliyin vacib komponentidir. Bu baş verməlidir. Bunun baş verməsinin səbəbi isə budur. Danimarkadakı dostlarımız bu regionun təhlükəsizliyini qorumaq baxımından öz işlərini görmədilər. Danimarka hakimiyyəti Rusiya və Çinin regiondakı maraqlarını nəzərə alaraq Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmür. Sadəcə bunu etmədilər”, – deyə o bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar gələcəkdə Qrenlandiya regionunda hərbi, o cümlədən dəniz qüvvələrini genişləndirmək niyyətindədir: “Lakin Vaşinqtonun indi bu şəkildə hərəkətə başlamaq planı yoxdur. Biz bilirik ki, Rusiya, Çin və digər dövlətlər Arktika dəhlizlərinə və Arktika dəniz yollarına, eləcə də Arktika ərazilərindəki mineral ehtiyatlara böyük maraq göstərirlər. Arktikada Amerikanın liderliyini təmin etməliyik, çünki bilirik ki, Amerika etməsə, digər ölkələr bizim buraxdığımız boşluğu dolduracaq”.

media-ads_728_90
Paylaş