ABŞ səfiri Rusiyadan gedir
ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi səlahiyyət müddəti başa çatdığı üçün Moskvadan ayrılır.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin məlumatında bildirilib.
“Linn Treysiyə ardıcıl diplomatiyaya, Rusiya mədəniyyətinə dərin hörmətə və Amerika xalqına sədaqətli xidmətinə görə minnətdarlığımızı bildiririk”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Linn Treysi 2023-cü ildən ABŞ-ın Rusiyadakı səfiri idi.