ABŞ-Ukrayna danışıqlarının yeni mərhələsi başlayıb
ABŞ və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda Rusiya ilə atəşkəs barədə danışıqların yeni mərhələsinə başlayıb.
“TV1” xəbər verir ki, danışıqlarda tərəflər arasında enerji obyektlərinə 30 gün ərzində zərbələrin dayandırılması və Qara dənizdə atəşkəsə nail olmaq barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, martın 23-də bu məsələ ilə bağlı tərəflər arasında danışıqlar aparılıb.