ABŞ UNESCO-nu tərk edib

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların UNESCO-dan çıxması barədə qərar qəbul edib.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi müavini Anna Kelli bildirib.

“Prezident Donald Tramp ABŞ-ni UNESCO-dan çıxarmaq qərarına gəlib. Çünki təşkilat ABŞ maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləyir”, – o, “New York Post” qəzetinə şərhində bildirib.

A.Kelli əlavə edib ki, Tramp administrasiyası “ölkənin bütün beynəlxalq təşkilatlarda üzvlüyünün ABŞ-nin milli maraqlarına uyğun olmasını” diqqətlə izləyir.

media-ads_728_90
Paylaş