ABŞ-yə məxsus üç qırıcı Küveyt üzərində təsadüfən vurulub - Pentaqon

media-ads_728_90

ABŞ-nin əməliyyatlarda İrana qarşı dəstək tapşırıqlarını yerinə yetirən üç “F-15E” qırıcısı Küveyt üzərində təsadüfən vurulub.

“TV1” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Üç “F-15E Strike Eagle” ABŞ qırıcı-bombardmançı təyyarəsi “Epic Fury” (“Epik Qəzəb”) əməliyyatı çərçivəsində tapşırıqları yerinə yetirərkən Küveyt üzərində, ehtimal ki, “dost atəşi” nəticəsində vurulub. İran təyyarələri, ballistik raketlər və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısının alınmasını da əhatə edən aktiv döyüş əməliyyatları zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar səhvən Küveytin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, – deyə məlumatda bildirilib.

Məlumata görə, ekipajların altı üzvünün hamısı katapult edib və uğurla təxliyə olunublar. Onların vəziyyəti stabil qiymətləndirilir. Küveyt insidenti rəsmən etiraf edib və araşdırmada yardım göstərməyə hazır olduğunu bildirib.

media-ads_728_90
Paylaş