ABŞ Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
ABŞ Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.
“TV1” xəbər verir ki, bu barədə “New York Times“ ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Zərbələrin ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirildiyi bildirilib. ABŞ husi hədəflərinə radarları, hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini vuraraq iri hava və dəniz qüvvələrinə zərbələr endirib. Zərbələrin husilərin hücumları nəticəsində pozulan Qırmızı dəniz gəmi yollarını yenidən açmaq məqsədi daşıdığı qeyd edilir.
ABŞ rəsmiləri bildiriblər ki, Trampın ikinci səlahiyyət müddətinin ən əhəmiyyətli hərbi əməliyyatı olan bombalanma həm də xəbərdarlıq siqnalı göndərmək məqsədi daşıyır.