Ağadadaş Ağayevin balta ilə törətdiyi hadisədən yeni görüntülər yayıldı - VİDEO
Xalq artisti Ağadadaş Ağayev balta ilə klinika mühafizəçisinə hücum etməsi ilə bağlı yeni görüntülər yayılıb.
“TV1” xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videoda A.Ağayevin yaraladığı şəxsin də görüntüləri əks olunub.
Qeyd edək ki, dünən Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A.Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçi ilə əlbəyaxa davaya çıxıb. Hadisə zamanı klinikanın əməkdaşı olan qadın xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.