Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunub - YENİLƏNİB

media-ads_728_90

Yekaterinburqda öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları Ağcabədidə dəfn olunublar.

“TV1” xəbər verir ki, Səfərov qardaşları valideynlərinin dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılıblar.

10:15 ————————————————————————————————————————————-

Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində ölən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilib.

“TV1” xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

media-ads_728_90
Paylaş