media-1200x100

Ağdamda artezian quyularınının kabeli oğurlanıb - VİDEO

media-ads_728_90

Ağdamda polis kabel oğrusunu saxlayıb.

“TV1” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Məlumata görə, Ağdamda polisə rayon ərazisində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

media-ads_728_90
Paylaş