Ağoğlan kilsəsinin bərpası ilə bağlı təkliflər hazırlanır
Ağoğlan kilsəsinin bərpası ilə bağlı dövlət qurumları təkliflər hazırlayır.
“TV1” xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib.
O bildirib ki, Ağoğlan kilsəsinin bərpası ilə bağlı səylər göstərilir:
“Buna dair dövlət qurumları təkliflər hazırlayır. Dövlət qurumları Laçında tək bu abidələrə yox, digər abidələrə də mütəmadi nəzarəti təmin etmək üçün öz nümayəndələrini təyin etdilər. O nümayəndələr vasitəsilə bütün abidələrin cari statusu mütəmadi olaraq məlumatlar əsasında yenilənir”.