Akademik Abel Məhərrəmov "Rusiya Elmlər Akademiyasının 300 illiyi" yubiley medalı ilə təltif edilib
Akademik Abel Məhərrəmov Azərbaycanda və Rusiyada elmin və elmi texnologiyaların inkişafındakı müstəsna xidmətlərinə görə, “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif edilib.
“TV1” xəbər verir ki, Rusiya Elmlər Akademiyası Prezidenti, akademik G.Y. Krasnikovun 10 yanvar 2025-ci il tarixində imzaladığı Sərəncamla görkəmli alim, Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, AMEA-nın və Rusiya EA-nın həqiqi üzvü, akademik Abel Məhərrəmov Azərbaycanda və Rusiyada elmin və elmi texnologiyaların inkişafındakı müstəsna xidmətlərinə görə Rusiya Federasiyası prezidentinin 5 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təsis edilmiş “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif edilib.
Xalqımızın beynəlxalq miqyasda tanınmasına böyük töhfələr verən dünya şöhrətli alimimiz akademik Abel Məhərrəmovu və ölkəmizin bütün elmi ictimaiyyətini bu əlamətdar hadisə münasibətilə təbrik edirik!